Çinin şimalındakı Ninxia-Huey muxtar bölgəsində restoranda partlayış baş verib.
KONKRET.az xəbər verir ki, hadisə ilə bağlı polis doqquz nəfəri, restoranın sahiblərini və işçilərini saxlayıb.
Qeyd olunub ki, bu şəxslərin bütün aktivləri dondurulub.
Fövqəladə vəziyyətlə əlaqədar Çin Prezidenti Si Cinpin ölkədəki mühüm obyektlərdə təhlükəsizlik nəzarətini gücləndirməyi əmr edib.
Səlahiyyətlilər hadisənin səbəbləri ilə bağlı araşdırmalara başlayıb.
***
09:00
Çinin şimalındakı Ninxia-Huey muxtar bölgəsində restoranda partlayış baş verib.
KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 31 nəfər ölüb, 7 nəfər yaralanıb.
Məlumata görə, partlayış qaz sızması nəticəsində baş verib.
Qeyd olunub ki, hadisə çərşənbə günü yerli vaxtla saat 20:40-da İnçuan şəhərinin küçələrindən birində baş verib.
Zərərçəkənlərin hamısı xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır.
Polis hadisənin təfərrüatlarını araşdırır.

İqbal Rzayev,
KONKRET.az
