Çində qeyri-adi yemək marağa səbəb oldu – VİDEObackend

Çində qeyri-adi yemək marağa səbəb oldu - VİDEO

Çində qovrulmuş daş yeməyinin görüntüləri sosial şəbəkələrdə yayılıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, qeyri-adi yeməyin hazırlanması videosu milyonlarla baxış toplayıb.

Hərfi mənada “əmmək və tüpürmək” mənasını verən “suodiu” adlı yeməyə demək olar ki, Çində bütün küçə satıcılarında rast gəlmək olar.

Belə ki, çınqıllar müxtəlif ədviyyatlar və souslarla qızardılır. Yemək zamanı isə hazır daşlar sorulur, dadını itirəndə isə tüpürülür.

Qeyd olunub ki, bir xidmətin qiyməti təxminən iki ABŞ dollarıdır.

Məlumata görə, qeyri-adi yeməyin bir neçə yüz yaşı var, lakin indi sosial şəbəkələr sayəsində geniş populyarlıq qazanıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*