Çin Milli Səhiyyə Komissiyası ölkədə koronavirus xəstəliyindən qurtulan insanların yenidən yoluxa biləcəyi ilə bağlı xəbərdarlıq edib.
KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, Pekində təşkil edilən mətbuat konfransında Çin-Yaponiya Xəstəxanası Yoluxucu Xəstəliklər üzrə Mütəxəssislər Qrupunun prezidenti Can Qingyien, ölkədə koronavirusun təsirinə məruz qalan və sağalan insanlara özlərini qorumalarının vacib olduğunu deyib. Həmin insanların bədənlərində antikorlar inkişaf etdiyini qeyd edən Can, bu insanların bir daha xəstələnməməsi üçün diqqətli olmalarını söyləyib:
“Antikorlar uzun müddət yaşamır. Buna görə də, sağalmış xəstələrin yenidən yoluxma riski var. Onlar özlərini qorumağa davam etməlidirlər.” deyə Can əlavə edib.
Hazırladı: Günel Museyib
