“ÜST Çindən COVID-19-un mənşəyi haqqında tam məlumat almaq niyyətindədir”.
KONKRET.az xəbər verir ki, bunu təşkilatın baş direktoru Tedros Adhanom Ghebreyesus Financial Times-a müsahibəsində vurğulayıb.
O deyib ki, ÜST koronavirusun səbəbləri ilə bağlı tam araşdırma aparmaq üçün Çinə nümayəndə heyəti göndərmək istəyir.
Hazırda virusun yaranmasının bütün mümkün variantları, o cümlədən laboratoriya nəzəriyyəsi nəzərdən keçirilir. ÜST rəhbəri deyir ki, COVID-19-un mənşəyinin səbəblərini anlamaq növbəti pandemiyanın qarşısını almağa kömək edəcək.
Burhan,
KONKRET.az