“Cinsi azlığın nümayəndəsiyəm” deyib həmcinsini şantaj etdibackend

Cinsi azlığın nümayəndəsiyəm” deyib həmcinsini şantaj etdi

Ali Məhkəmədə hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən Rasim Həsənovun (şərti) barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

KONKRET.az xəbər verir ki, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, məhkumun kassasiya şikayəti təmin edilməyib.

Nizami Rayon Məhkəməsinin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Bakı Apellyasiya Məhkəməsi isə təqsirləndirilən şəxsin şikayətini təmin etməyib. İttihama görə, 2001-ci il təvəllüdlü Rasim Həsənov 2021-ci ilin yanvar ayında “İnstaqram” sosial şəbəkəsində zərərçəkmiş Malik Malikovla (şərti) tanış olaraq özünü “Malış” adı ilə, cinsi azlığın nümayəndəsi kimi təqdim edib. Sonra o, zərərçəkmiş şəxs guya onunla cinsi əlaqədə olub və bunun qarşılığında ödəniş etməməsi ilə əlaqədar 2022-ci ilin mart ayının əvvəllərində Malikin fotoşəkillərini sosial şəbəkələrdə paylaşıb transseksualla cinsi əlaqədə olub pulunu ödəməkdən yayınması haqqında rüsvayedici məlumatlar yayacağı hədəsi ilə 400 manat məbləğində pul vəsaiti tələb edib. Lakin Rasim Həsənov zərərçəkmişdən ümumilikdə 380 manat pul alıb.//Pravda.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*