CNN: Rusiya Sudandan qaçaqmalçılıq yolu ilə qızıl aparıbbackend

CNN: Rusiya Sudandan qaçaqmalçılıq yolu ilə qızıl aparıb

Araşdırmaçı jurnalistlər Rusiya təyyarələrinin Sudandan qeyri-qanuni yolla çıxarılan qızılı gizli şəkildə daşıdığını müəyyən ediblər.

KONKRET.az CNN-ə istinadən xəbər verir ki, pul Ukraynadakı müharibəni maliyyələşdirməyə xərclənir.

Qeyd olunub ki, Rusiyanın Ukraynaya hücumundan bir neçə gün sonra Rusiyanın yük təyyarəsi bir tona yaxın qızılı peçenye qutularının altında gizlədərək Sudanın paytaxtından çıxarıb.

Ümumilikdə Rusiya təyyarəsi ən azı 16 uçuş həyata keçirib.

Qızılın müqabilində Moskva ölkənin demokratik hərəkatını vəhşicəsinə yatıran Sudanın hərbi rəhbərliyinə siyasi və hərbi dəstək verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*