Con Lennonun və Pol Makkartninin oğulları birgə sinql buraxdılarbackend

Con Lennonun və Pol Makkartninin oğulları birgə sinql buraxdılar

Məşhur “The Beatles” qrupunun əfsanəvi üzvləri Pol Makkartninin və Con Lennonun övladları Ceyms Makkartni və Şon Ono Lennonun yeni “Primrose Hill” mahnısı musiqi striminq xidmətlərində yayılıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ceyms Makkartni şəxsi “Instagram” səhifəsində məlumat verib.

Mahnı Londondakı parkın şərəfinə “Primrose Hill” adlandırılıb. Ceyms Makkartni kompozisiyanın mənasını “əsl sevgi və xilaskarı” obrazını gördüyü uşaqlıq təxəyyülü ilə izah edib. Onun sözlərinə görə, mahnı “o insanı yanında tapmaq üçün səyahətdir”.

Pol Makkartni atalarının yolunu davam etdirən gənclərin mahnısını dəstəkləyib: “Baxın – oğlum Ceymsin “Primrose Hill” adlı yeni mahnısı var! Və bu mahnının həmmüəllifi olan Şon Ono Lennona böyük sevgilər”.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*