Conson baş nazir postunu geri qaytarmağa çalışacaqbackend

Conson baş nazir postunu geri qaytarmağa çalışacaq

Bir sıra qalmaqallara görə istefaya getməyə məcbur olan Britaniyanın baş naziri Boris Conson yenidən hakimiyyəti ələ keçirməyə cəhd edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı CNN yayıb.

Telekanalın müşahidəçilərinin fikrincə, Britaniya Nazirlər Kabinetinin rəhbərinin siyasi ambisiyaları göz qabağındadır.

Qeyd edildiyi kimi, Consonun dostları və həmkarları onun “Downing Street -10”a qayıtmaq şansını əldən verməyəcəyinə əmindirlər.

CNN mənbələri siyasətçinin seçicilərin qərarı ilə deyil, medianın təzyiqi altında hakimiyyətdən məhrum edildiyi üçün qəzəbləndiyini bildirir.

Onun varisi ciddi problemlərlə üzləşərsə, Consonun öz vəzifəsini bərpa etmək şansı yaranacaq. CNN-in məlumatına görə, vəzifəsini tərk edən baş nazir üçün başqa bir seçim, parlamentdəki yerdir. Bundan əlavə, telekanalın analitikləri Consonun növbəti hökumətdə müəyyən vəzifə tuta biləcəyini və bununla da öz təsirini qismən saxlaya biləcəyini istisna etməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*