COVID-19-la mübarizə aparan sevgilisinə özünü yandıraraq evlənmə TƏKLİF ETDİbackend

COVID-19-la mübarizə aparan sevgilisinə özünü yandıraraq evlənmə TƏKLİF ETDİ - FOTOLAR

Böyük Britaniyada qəribə evlilik təklif edilib.

KONKRET.az Foxnews.com-a istinadən xəbər verir ki, 52 yaşlı dublyor aktyor Riki Aş özünü yandıraraq 48 yaşlı sevgilisi Ketrin Dobsona evlilik təklif edib.

O, filmlərdə istifadə edilən zərərsiz atəşlə özünü yandırıb.

Bununla da döyüş filmlərində təhlükəli səhnələri canlandıran dublyor koronavirusla mübarizə aparan tibb bacısı olan sevgilisini təəccübləndirməyə çalışıb.

Sevgilisi onun bu təklifinin mükəmməl olduğunu deyib:

“Həm qorxdum, həm də təsirləndim”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*