“COVID-19 xəstəsinə dərmanların pulla verilməsi ilə bağlı fakt varsa, müraciətdən sonra həmin fakt araşdırılacaq”.
KONKRET.az xəbər verir ki, bunu bugünkü brifinqdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru Elnur Azadxanov deyib.
O bildirib ki, bu barədə şikayət daxil olmayıb:
“Dərmanlar protokola uyğun verilir. Protokoldan kənar dərmanlar verilə bilməz.
Bütün dərmanlar xəstələrə protokola uyğun olaraq tətbiq edilir”.
