“Crocus” terrorçularına silahları mən çatdırmışam” – FTX-nin Dağıstanda tutduğu şəxsdən ETİRAFbackend

“Crocus” terrorçularına silahları mən çatdırmışam” – FTX-nin Dağıstanda tutduğu şəxsdən ETİRAF

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Dağıstanın Kaspiysk şəhərində terror törətmək istəyən bir qrup şəxsin “Crocus City Hall” kompleksinə hücum edən terrorçuların maliyyələşdirılməsində iştirak etdiklərini bildirib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə FTX məlumat yayıb.

Məlumata görə, qrup dörd nəfər əcnəbidən ibarət olub. Cinayətkarlar Kaspiysk şəhərinin sahilində, insanların kütləvi şəkildə toplaşdıqları ərazidə kəşfiyyat aparan dəstə üzvləri terror törətmək məqsədilə əldəqayırma partlayıcı qurğu hazırlayıb, avtomat silahlar alıb və terror aktını törətdikdən sonra ölkəni tərk etmək niyyətində olublar.

Lakin martın 31-də FTX antiterror əməliyyatı keçirərək qrupdakı 3 nəfəri ələ keçirib. Tacikistan vətəndaşları olan dəstə üzvləri Mahaçqala və Kaspiyskdə tikintidə çalışıblar, eyni zamanda kriptovalyuta əməliyyatları ilə də məğul olublar. Təhlükəsizlik qüvvələri onların üzərindən silah, sursat və əldəqayırma bomba tapıb.

Saxlanılanlardan biri istintaqa ifadəsində “Crocus”a hücum edənləri silahla təmin etdiyini etiraf edib: “Həmin silahları Mahaçqaladan Moskvaya mən aparmışam”

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*