Culian Assancın həbsxanada səhhəti pisləşdibackend

Culian Assancın həbsxanada səhhəti pisləşdi

“WikiLeaks”in qurucusu Culian Assancın səhhəti pisləşib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə onun xanımı Stella Morris bildirib.

“Onun səhhəti durmadan pisləşir, çünki həbsxanada olanda belə olur. O, 2021-ci ilin oktyabrında kiçik insult keçirib”, – Morris deyib.

O, Assancın dərman qəbul etdiyini, lakin hələ də səhhətindən narahat olduğunu qeyd edib.

Qeyd edək ki, 2010-cu ildə Culian Assanc İsveçdə cinsi qısnama və zorlamada ittiham olunub. 2012-ci ildən bəri Assanc Stokholma ekstradisiya olunacağından qorxaraq Ekvadorun Londondakı səfirliyində təqiblərdən gizlənib. 11 aprel 2019-cu ildə o, ABŞ-ın tələbi ilə saxlanılıb. London məhkəməsi jurnalisti girov şərtlərini pozmaqda təqsirli bilib və ona 11 ay həbs cəzası verib. Assanc hazırda Belmarş həbsxanasındadır. ABŞ-da məxfi sənədlərin dərcinə görə ona qarşı 18 cinayət işi qaldırılıb. Onu 175 il həbs cəzası gözləyir.

2021-ci il dekabrın 10-da London məhkəməsi ABŞ-ın şikayətini təmin edib və Culian Assancın ABŞ-a ekstradisiyasına qərar verib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*