D vitamini çatışmazlığı depressiyaya səbəb olarmı?backend

D vitamini çatışmazlığı depressiyaya səbəb olarmı?

D vitamini çatışmazlığı baş ağrısına və bir çox xəstəliklərin yaranmasına səbəb olur.

KONKRET.az xəbər verir ki, bu mövzuda danışan diyetoloq Ulaş Özdemir bildirib ki, yaşlılar və uşaqlar D vitamini çatışmazlığına diqqət etməlidir.

D vitamini çatışmazlığı raxit, əzələ ağrısı, osteoporoz və osteomalasiya kimi xəstəliklərə səbəb ola bilər. Pəhriz mütəxəssisi Ulaş Özdemir, “D vitamini səviyyəsi qanda 25(OH)D səviyyəsi şəklində ölçülə bilər. 25(OH) səviyyəsi 5 mq/dL-dən aşağı olarsa, ciddi çatışmazlıq var” deyə bildirib.

D vitamini çatışmazlığına görə həkimin rəyinə uyğun olaraq əlavə D vitamini dəstəyi alına biləcəyini ifadə edən Özdemir onu da bildirib ki, D vitamini mədəaltı vəzidən ürəyə qədər çox vacibdir. Buna görə də D vitamini yoxlanılmalıdır. Özdemir əzələ ağrıları və krampları, halsızlığı, depressiyanı, həddindən artıq saç tökülməsi, yaraların gec sağalması və başın tərləməsinin D vitamini çatışmazlığının əsas əlamətləri arasında olduğunu açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*