Dağıstan müftisinin həyat yoldaşı Putindən səfərbərliyi təxirə salmağı XAHİŞ ETDİbackend

Dağıstan müftisinin həyat yoldaşı Putindən səfərbərliyi təxirə salmağı XAHİŞ ETDİ

Dağıstan müftisinin həyat yoldaşı Putindən respublikada səfərbərliyi təxirə salmağı xahiş edib.

KONKRET.az xəbər verir ki, Dağıstanda respublika müftisinin müşaviri və həyat yoldaşı Aina Qamzatova Vladimir Putinə müraciət edib.

O, hərbi əməliyyatlara hazır olmayan gənclərin səfərbər olunmaması istəyi ilə bölgəyə çağırışçıların hazırlanması üçün altı ay vaxt verilməsini xahiş edib.

Dağıstan müftisinin həyat yoldaşı və müşaviri Ayna Qamzatovanın Vladimir Putinə müraciəti bu gün respublika müftiliyinin Telegram kanalında dərc olunub. Qamzatova izah edib ki, o, 27 ildir müftiyə rəhbərlik edir və Dağıstan xalqının mentalitetini bilir.

“Mən və xalqım üç milyonluq əhalinin içərisində çoxlu qəhrəmanların da olduğu üç mindən çox dağıstanlının artıq cəbhə xəttində olduğunu nəzərə alaraq, bizə möhlət verməyi təklif etmək istərdik. Biz söz veririk ki, altı aya uşaqlarımızı peşəkarcasına hazırlayacağıq. Sizdən xahiş edirik ki, bizə bu altı ay ərzində əsl əsgərlər yetişdirə biləcək təcrübəli təlimatçılar tövsiyə edəsiniz”, – deyə Ayna Qamzatova müraciət edib.

Xatırladırıq ki, Dağıstanda hərbi komissarlıqdan çağırış vərəqələri tez-tez döyüş təcrübəsi olmayan və hətta orduda xidmət etməyən şəxslərə gəlir. Sakinlərin fikrincə, döyüş bölgəsinə peşəkar əsgərlər göndərmək lazımdır.

Xəbər verdiyimiz kimi, sentyabrın 25-i və 26-da Mahaçqalada təhlükəsizlik qüvvələri səfərbərliyə qarşı kütləvi etiraz aksiyalarının iştirakçılarını zorakılıqla dağıdıblar.

Hüquq müdafiəçilərinin sözlərinə görə, iki gün ərzində aksiyaları işıqlandıran jurnalistlər də daxil olmaqla, azı 250 nəfər saxlanılıb. Elan edilmiş səfərbərliklə bağlı etiraz aksiyaları Xasavyurtda və Xasavyurt rayonunun Endirey kəndində də keçirilib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*