Dağıstandan Bakıya aviareyslər açılırbackend

Dağıstandan Bakıya aviareyslər açılır

Rusiyanın “S7 Airlines” aviaşirkəti Dağıstan Respublikasının paytaxtı Mahaçqaladan Bakıya reyslər həyata keçirəcək.

KONKRET.az xəbər verir ki, bu barədə Mahaçqala aeroportunun mətbuat xidmətinin rəhbəri Sapura Maqomedova məlumat verib.

Reyslər hər həftənin şənbə günündən bazar gününə keçən gecə yerinə yetiriləcək. İlk reys iyulun 4-ə nəzərdə tutulub. Biletlər artıq satışdadır.

Mahaçqala aeroportunun mətbuat xidmətinin rəhbəri xatırladıb ki, Azərbaycana yollanan sərnişinlər uçuşdan 72 saat əvvəl alınmış COVİD-19 testinin cavabını təqdim etməlidirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*