Dağlıq Qarabağda erməni əsgər öldübackend

Dağlıq Qarabağda erməni əsgər öldü

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində hərbi xidmətə çağırılan erməni əsgər Enrik Aramyan başından aldığı güllə yarası nəticəsində öldürülüb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti yayıb.

Mənbə bildirir ki, hadisə mayın 19-da saat 20:30 radələrində hərbi hissələrdən birinin döyüş mövqeyində baş verib.

İstintaq Komitəsində Ermənistan Cinayət Məcəlləsinin 104-cü (adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*