Bu gün Azərbaycanın daha iki cüdoçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Böyük Dəbilqə turnirində mübarizəyə başlayacaq.
KONKRET.az xəbər verir ki, 73 kq çəkidə çıxış edən Nəriman Mirzəyev 1/16 final mərhələsində tacikistanlı Bahruzi Xocazoda ilə üz-üzə gələcək.
Eyni çəkidəki Rəşid Məmmədəliyev özbəkistanlı idmançı Şaxram Ahadovla güləşəcək.
Daha əvvəl 60 kq-dakı Əhməd Yusifov bürünc medal qazanıb.
