İngiltərə Futbol Assosiasiyası FIFA prezidenti Canni İnfantinonun 2027–2031-ci illər üçün yenidən təşkilatın rəhbəri seçilməsinə dəstəyini geri çəkməyə hazırlaşır.
KONKRET.az Reuters-ə istinadla xəbər verir ki, bu qərar FIFA-nın dünya çempionatı da daxil olmaqla, dünya çempionatı da daxil olmaqla, öz bayrağı altında keçirdiyi yarışlardakı paylarının özəl investorlara satılması imkanını nəzərdən keçirməsi səbəbindən gündəmə gəlib.
Sözügedən təşəbbüs maraqlı tərəflərin ciddi etirazı səbəbindən ötən həftə dayandırılıb. Bundan sonra diqqət İnfantinonun yenidən prezident seçilmək planlarına yönəlib və onun namizədliyi daha ciddi müzakirə olunmağa başlayıb.
Bundan əvvəl Uels Futbol Assosiasiyası İnfantinonun namizədliyinə verdiyi dəstəyi rəsmi şəkildə geri götürən ilk milli federasiya olub.
