Daha bir generala vəzifə verildi – FOTObackend

Daha bir generala vəzifə verildi - FOTO

Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsinin rəis əvəzi təyin edilib.

KONKRET.az qaynarinfo-ya istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırovun müvafiq əmri ilə bu vəzifəyə gömrük general-mayoru Güloğlan Muradlı təyin olunub.

Qeyd edək ki, Güloğlan Muradlı Dövlət Gömrük Komitəsinin sabiq sədri Aydın Əliyevin əmri ilə Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək, müavin təyin olunmuşdu.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən bu ilin 14 iyul tarixində saxlanılan Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin rəisi Məsum Rəsulov barəsində üç aylıq həbs qətimkan tədbiri seçilib.

Onu da qeyd edək ki, bundan əvvəl Şahin Bağırovun əmri ilə general-mayor Kənan Aşurlu “Azərterminalkompleks” Birliyinin direktor müavini təyin edilib və direktor vəzifəsinin müvəqqəti icrası ona tapşırılıb. Kənan Aşurlu 2019-cu ilin sonunadək Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəisi vəzifəsində çalışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*