Daha bir iranlı general Suriyada öldürüldübackend

Daha bir iranlı general Suriyada öldürüldü

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Suriyada öldürülüb.

KONKRET.az xəbər verir ki, bu barədə “Fars” agentliyi xəbər yayıb.

Məlumata görə, general Fərhad Dəbirian SEPAH-ın Palmiradakı komandanı olub.

İran hökuməti generalın ölümü ilə bağlı təfərrüatları açıqlamayıb.

Dəbirianın ölümü ilə bağlı məlumatda o, müqəddəs ziyarətgahların mühafizəçisi və şəhid kimi qələmə verilib.

Qeyd edək ki, bundan əvvəl Suriyada SEPAH-ın “Əl-Qüds” elit bölməsinin baş komandanı Əsğər Paşabur öldürülmüşdü. O, İranın Suriyada xüsusi əməliyyatlarının əsas təşkilatçılarından biri olub. Paşabur, həmçinin, İraqda öldürülən iranlı general Qasim Süleymaninin yaxın ətrafına daxil idi.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*