Daha bir ölkə Qurani-Kərimin yandırılmasını PİSLƏDİbackend

Daha bir ölkə Qurani-Kərimin yandırılmasını PİSLƏDİ

Çin Xarici İşlər Nazirliyi müsəlmanlara qarşı hər cür hərəkətə və dini inancları hədəf alan fəaliyyətə qarşı olduqlarını açıqlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq Pekində keçirdiyi mətbuat konfransında İsveçdə Qurani-Kərimin yandırılması ilə bağlı sualı cavablandırıb.

“Heç kəsin ifadə azadlığından münaqişənin başlanması və ya bir sivilizasiyanı digər sivilizasiyaya qarşı qızışdırmaq üçün bəhanə kimi istifadə etməsinə icazə verilməməlidir. Çin Xarici İşlər Nazirliyi müsəlmanlara qarşı hər cür hərəkətə və dini inancları hədəf alan fəaliyyətə qarşıdır”, – o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*