Yunanıstanın xarici işlər naziri Nikos Dendias Rusiyaya səfər edəcək.
KONKRET.az xəbər verir ki, bu barədə Yunanıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, səfər fevralın 18-də baş tutacaq.
Nazir Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək. Tərəflər Avropada təhlükəsizlik məsələsini və qarşılıqlı əməkdaşlığı müzakirə edəcəklər.
