Daha bir sahibkarlıq subyekti qeydiyyata alınmadıbackend

Daha bir sahibkarlıq subyekti qeydiyyata alınmadı

“Yeyinti məhsulları haqqında” qanunun 7-ci maddəsinə əsasən yanvarın 29-da qida məhsulları sahəsində fəaliyyət göstərən 46 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.

KONKRET.az xəbər verir ki, həmin tarixdə 1 sahibkarlıq subyektində aparılmış təftiş və ekspertiza nəticəsində aşkarlanmış nöqsanlar əsasında həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.

Qeyd olunub ki, “BAKSU” məhdud məsuliyyətli cəmiyyətin qeydiyyata alınmamasına səbəb müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun olmamasıdır.

Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*