Rusiyalı yazıçı, aktrisa, müğənni Vera Polozkova Rusiyanı tərk edib.
KONKRET.az xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında məlumat verib:
“Biz uçduq… Çox ağır həftə idi. Mən bütün həyatım boyu səyahət edirəm və dilimin səsləndiyi yerdə yaşayıram. Doğum günündə uşaqları yığıb dostlarla vidalaşmaq çox ağrılıdır, çünki seçim qalmamışdı”.
Qeyd edək ki, bir gün əvvəl rusiyalı rejissor Kantemir Balaqov və kino tənqidçisi Anton Dolin də Rusiyanı tərk etdiklərini açıqlayıblar.
