Daha bir telejurnalist deputat seçkilərinə qatıldıbackend

Daha bir telejurnalist deputat seçkilərinə qatıldı

Tanınmış jurnalist İsmayıl Balacanovun Milli Məclisə namizədliyi təsdiq olunub.

KONKRET.az xəbər verir ki, uzun illər əksər ölkə kanallarında hərbi-vətənpərvərlik verilişlərinin aparıcısı kimi tanınan telejurnalistin namizədliyi 31 saylı Suraxanı ikinci seçki dairəsindən qeydə alınmışdı.

Qeyd edək ki, İ.Balacanovun hərbi-vətənpərvərlik proqramları cəmiyyətdə həmişə böyük rəğbətlə qarşılanıb. Buna görə də həmkarları arasında böyük nüfuza sahib olan telejurnalist parlament seçkilərinə qatılmaqla ölkənin ictimai-siyasi həyatında daha fəal iştirak etmək qərarına gəlib.

Həmkarımıza seçkilərdə uğurlar arzu edirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*