Daha bir təyyarə qəzası baş verdi – iki sərnişindən xəbər yoxdurbackend

Daha bir təyyarə qəzası baş verdi - iki sərnişindən xəbər yoxdur

Avstraliya polisi Korila parkında qəzaya uğrayan yüngül mühərrikli təyyarənin qalıqlarını aşkarlayıb.

KONKRET.az “TASS”a istinadən xəbər verir ki, Yeni Cənubi Uels ştatından havaya qalxan təyyarə ilə əlaqə ötən gün kəsilib.

Bildirilir ki, təyyarə təyinat məntəqəsinə gəlmədiyinə görə qəza xidmətləri axtarışa başlayıblar. Təyyarənin qalıqlarını yanvarın 13-ü səhər saatlarında aşkar etmək mümkün olub.

Məllumata əsasən, təyyarənin göyərtəsində 2 nəfər olub. Axtarış-xilasetmə əməliyyatı davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*