Qızılca daha bir can aldı – YENİLƏNİBbackend

Qızılca daha bir can aldı - YENİLƏNİB

Tovuz rayonun Qədirli kənd sakini, 2014-cü il təvəllüdlü Yusif İsmayılov yüksək hərarətlə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Müayinə zamanı azyaşlının qızılcaya yoluxduğu məlum olub. Uşaq reanimasiya şöbəsində koma vəziyyətinə düşüb.

KONKRET.az xəbər verir ki, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Azyaşlı ağırlaşmış qızılca və pnevmoniya səbəbindən dünyasını dəyişib. Xəstəxanadan bildirilib ki, dünyasını dəyişən uşaq həm də serebral iflic olub.

Faktla bağlı araşdırma aparılır.

18:33

Tovuzda azyaşlı qızılcadan ölüb.

KONKRET.az xəbər verir ki, rayonun Qədirli kənd sakini 2014-cü il təvəllüdlü Yusif İsmayılov fevralın 4-dən Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq 10 yaşlı Y.İsmayılov bu gün dünyasını dəyişib.

Ölüm faktı ilə bağlı araşdırma başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*