“Daha ciddi addımlar atılmalıdır, əks halda yeni döyüşlər qaçılmazdır”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan öz Facebook səhifəsində yazır.
“Azərbaycanın “təcavüzü” ilə bağlı beynəlxalq ictimaiyyətin sərt, ünvanlanmış bəyanatları, eləcə də Bakıya ünvanlanan müraciətlər – Azərbaycan qoşunlarının Ermənistan ərazisindən çıxarılması bütün mənalarda çox vacibdir və Azərbaycana ciddi təzyiq göstərir.
Lakin Azərbaycanın irəliyə doğru apardığı siyasət – istehkam işləri, “aqressiv davranış” və ambisiyaları göstərir ki, Azərbaycan nəinki öz qoşunlarını çıxarmaq arzusundadır, həm də əlverişli şərait yaranarsa, irəli getməyə hazırdır.
Əgər beynəlxalq ictimaiyyət, onun ayrı-ayrı subyektləri Azərbaycanın yeni təcavüzünün qarşısını almaq üçün əsl istək varsa, o zaman daha təsirli addımlar atmalıdırlar, əks halda yeni döyüşlər qaçılmazdır”.
Xuraman Etibarlı,
KONKRET.az
