Daha iki ölkənin vətəndaşlarının Azərbaycana giriş-çıxışına İCAZƏ VERİLDİbackend

Daha iki ölkənin vətəndaşlarının Azərbaycana giriş-çıxışına İCAZƏ VERİLDİ

Azərbaycana hava nəqliyyatı vasitəsilə daha iki ölkə və orada daimi yaşan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin giriş-çıxışına icazə verilib.

KONKRET.az xəbər verir ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında bununla bağlı dəyişiklik edilib.

Dəyişikliyə əsasən, Belarus və Rumıniya vətəndaşları, orada daimi yaşayan digər ölkə vətəndaşları, habelə vətəndaşlığı olmayan şəxslər Azərbaycana səfər edə biləcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*