Dana Uayt TƏSDİQLƏDİ: İlon Mask və Mark Zukerberq rinqə çıxacaq – VİDEObackend

Dana Uayt TƏSDİQLƏDİ: İlon Mask və Mark Zukerberq rinqə çıxacaq - VİDEO

UFC prezidenti Dana Uayt amerikalı milyarderlər Mark Zukerberq və İlon Mask arasında “Octagon MMA” arenasında mümkün dueli açıqlayıb.

KONKRET.az xarici KİV-ə istinadən bildirir ki, milyarderlərin qəfəsdə döyüşməyə razılıq verməsi xəbəri geniş əks-səda doğurub.

Bir çoxları planetin ən varlı adamları siyahısındakı iki milyarderin həqiqətən də dueldə görüşəcəyinə inanmayıb və bunun iş adamlarının növbəti zarafatı kimi qəbul edib.

Ancaq bu planların reallığını Dana Uayt təsdiqləyib.

O müsahibəsində bildirib ki, milyarderlər UFC-nin əsas arenasında döyüşmək istəyirlər.

Qeyd edək ki, İlon Mask bir neçə gün əvvəl “Meta”nın “Twitter”ə bənzər bir sosial şəbəkə yaratmağa hazırlaşdığını öyrəndikdə, Zukerberqlə rinqdə döyüşməyə hazır olduğunu bildirən paylaşım edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*