Danilov Rusiyanı HƏDƏLƏDİ: “Siz bizim torpaqlarımıza soxuldunuz, biz də sizə gələcəyik”backend

Danilov Rusiyanı HƏDƏLƏDİ: "Siz bizim torpaqlarımıza soxuldunuz, biz də sizə gələcəyik"

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Danilov Rusiyanı işğalla hədələyib.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTŞ) katibi Oleksiy Danilov martın 7-də Facebook səhifəsində yazıb.

O, Rusiya hərbçilərinin ölkəsinə gəldiyini, ukraynalıların da Rusiyaya gələcəyini bildirib.
Danilov qeyd edib ki, Ukrayna ilə döyüşmək qeyri-mümkündür, çünki onun xalqı “minlərlə qeyri-insani sınaqlardan keçib, birdən çox imperiyanı məğlub edib və bundan sonra daha da güclənib və daha möhkəm olub.  İndi də belə olacaq”, -deyə Danilov söz verib.

Onun sözlərinə görə, onlarda əmr verənlərin və onları icra edənlərin siyahıları var.

“Siz bizim torpaqlarımıza və ailələrimizə soxuldunuz, biz də sizə gələcəyik”, – deyə Danilov bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*