Danimarkanın ən böyük mobil telefon şəbəkələrindən birində rabitə əlaqələri dayandırılıb.
KONKRET.az xəbər verir ki, hətta fövqaladə zəng sistemi də işləmədiyindən insanlar təcili yardım xidmətləri ilə əlaqə saxlaya bilməyiblər. Şəbəkə provayderi “TDC Net” dünən günortadan sonra problemlərin son 24 saat ərzindəki yeniləmə ilə bağlı olduğunu bildirib. Danimarka kütləvi informasiya vasitələri ölkənin bəzi bölgələrində də siqnal problemlərinə görə qatarların və avtobusların gecikdiyini, stansiyalarda xaos hökm sürdüyünü bildirib. Kiber Təhlükəsizlik Mərkəzi, Danimarkanın Milli İnformasiya Təhlükəsizliyi Agentliyi və Danimarka Müdafiə Nazirliyinin kəşfiyyat bölməsi hadisə barədə məlumat verməyib.
Vəli Həsənoğlu,
KONKRET.az