“Danışıqlardan imtina etdiyimiz barədə bəyanatları təkzib edirəm” – Ukrayna Prezidentinin sözçüsübackend

"Danışıqlardan imtina etdiyimiz barədə bəyanatları təkzib edirəm" - Ukrayna Prezidentinin sözçüsü

“Mən danışıqlardan imtina etdiyimiz barədə bəyanatları təkzib etməliyəm”.

KONKRET.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenskinin mətbuat katibi Sergey Nikiforov deyib. O, Ukraynanın danışıqlardan imtina etməsi ilə bağlı xəbərləri təkzib edib.

“Mən danışıqlardan imtina etdiyimiz barədə bəyanatları təkzib etməliyəm. Ukrayna atəşkəs və sülh haqqında danışmağa hazır idi və hazırdır. Bu, bizim daimi mövqeyimizdir. Biz Rusiya Federasiyası Prezidentinin təklifi ilə razılaşdıq. Bu saatlarda tərəflər danışıqlar prosesinin yeri və vaxtı ilə bağlı məsləhətləşmələr aparır. Danışıqlar nə qədər tez başlasa, normal həyata qayıtmaq şansı bir o qədər çox olar”, – deyə Nikiforov vurğulayıb.

Qeyd edək ki, bundan öncə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukraynanın danışıqlardan imtina etdiyini bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*