Dava avtobusu qaydasız döyüş meydanına çevirdi – VİDEObackend

Dava avtobusu qaydasız döyüş meydanına çevirdi - VİDEO

Yol verməmək üstə düşən dava avtobusu qaydasız döyüş meydanına çevirib. İctimai nəqliyyatın qeydiyyat kamerası tərəfindən çəkilən kadrlar böyük müzakirələrə səbəb olub.

KONKRET.az xəbər verir ki, “Hürriyet”in məlumatına görə, hadisə Türkiyənin Niğde vilayətində baş verib.

Bildirilir ki, dayanacağa çatdıqda avtomobilin sürücüsü A.E. avtobusa minərək sürücü M.E.-ni vurmağa başlayıb. M.E. də yanındakı beysbol ağacı ilə qarşılıq verib. Avtobusun içində başlayan dava çöldə davam edib.

Sərnişinlərin müdaxiləsi ilə onları ayırmaq mümkün olub. Polislər hadisə yerinə gələrək A.E.-ni saxlayıb. Avtobus sürücüsü isə xəstəxanaya yerləşdirilib.

Hər iki sürücü bir-birindən şikayət edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*