Davudoğlu da partiyasını “qıfıllayıb” siyasətdən getdi – Türkiyədə nələr baş verir?backend

Davudoğlu da partiyasını "qıfıllayıb" siyasətdən getdi - Türkiyədə nələr baş verir?

Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu rəhbərlik etdiyi Gələcək Partiyasının (Gelecek Partisi) fəaliyyətinə son qoyulduğunu və aktiv partiya siyasətindən ayrıldığını açıqlayıb.

KONKRET.az xəbər verir ki, Davudoğlu “Sabahın Türkiyəsi üçün” adlı dörd səhifəlik bəyanatında bildirib ki, bu qərar partiya rəhbərliyi və silahdaşları ilə aparılan məsləhətləşmələrdən sonra qəbul edilib.

Onun sözlərinə görə, məqsəd “çirklənmiş siyasi iqlimin bir parçası olmamaqdır”.

Keçmiş baş nazir vurğulayıb ki, bu addım “təslim olmaq və ya ölkə uğrunda mübarizədən imtina etmək” anlamına gəlmir. O, qərarını “mənəvi məsafə saxlamaq” və “siyasətin mahiyyəti barədə hər kəsi yenidən düşünməyə çağırış” kimi dəyərləndirib.

Qeyd edək ki, Əhməd Davudoğlu 2019-cu ildə Ədalət və İnkişaf Partiyasından (AK Parti) ayrıldıqdan sonra Gələcək Partiyasını yaradıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*