De Byazi millimizin növbəti məğlubiyyətini şərh etdibackend

De Byazi millimizin növbəti məğlubiyyətini şərh etdi

İlk hissədə çoxlu imkanlarımız oldu, qol vəziyyətləri yaratdıq. 4-5 qol şansından yararlanmalı idik.

KONKRET.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Qazaxıstana 0:2 hesabı ilə uduzduqları UEFA Millətlər Liqasının qrup mərhələsinin I tur oyunundan sonra mətbuat konfransında deyib.

66 yaşlı mütəxəssis birinci hissədə yaxşı oyun sərgilədiklərini bildirib:

“İkinci yarının əvvəlində kuryoz qol buraxdıq. Ondan sonra diqqətsizlik etdik, ikinci qolu qapımızda gördük. Belə təcrübəli oyunçuların bu cür səhvləri yaxşı hal deyil. Hesab 0:2 olduqdan sonra da oyunu dəyişə bilmədik”.

O, iyunun 6-da Belarusla keçiriləcək matçda heyətdə rotasiya edib-etməyəcəyi ilə bağlı sualı isə belə cavablandırıb:

“İndidən nəsə deyə bilmərəm. Bundan sonra 5 saat yarım uçacağıq. Sabah səhər oyanandan sonra heyətdə rotasiya edib-etməyəcəyimizə baxacağıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*