Dəhşətli qəzadan sonra aeroportda belə qarşılandılar – VİDEObackend

Dəhşətli qəzadan sonra aeroportda belə qarşılandılar - VİDEO

Əfqanıstanda “Falcon 10” təyyarəsinin qəzaya düşməsindən sonra sağ qalan pilotlar Dmitri Belyakov və Arkadiy Qraçev, eləcə də həkim Pavel Popov ölkələrinə gətiriliblər.

KONKRET.az Qafqazinfo-ya istinadən xəbər verir ki, sözügedən şəxsləri daşıyan təyyarə Moskvanın Vnukovo hava limanına enib.

Onları aeroportda ailə üzvləri, dost-tanışları gül-çiçəklə qarşılayıblar.

Xatırladaq ki, “Falcon 10” yanvarın 21-i Əfqanıstan dağlarında qəzaya uğrayıb. Tailanddan Moskvaya uçan bu təyyarənin göyərtəsində 6 nəfər – 2 pilot, 2 həkim və 1 evli cütlük olub. Qəza nəticəsində sözügedən cütlük – Volqodonsk şəhərində tanınmış iş adamı Anatoli Yevsyukov və həyat yoldaşı həlak olub. Qadın Tailanddan Moskvaya xəstəxanaya aparılırmış.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*