Bu ölkənin 75% ərazisində dəhşətli zəlzələ gözlənilir – PROQNOZbackend

Bu ölkənin 75% ərazisində dəhşətli zəlzələlər gözlənilir - PROQNOZ 

ABŞ-ın Geoloji xidmətinin mütəxəssisləri ölkənin 75%-nin dağıdıcı zəlzələlərlə üzləşə biləcəyini proqnozlaşdırıblar.

KONKRET.az xəbər verir ki, zəlzələlərin daha çox baş verdiyi yerlərin xəritəsini tərtib edərkən alimlər dağıdıcı nəticələrə səbəb ola biləcək 500-ə yaxın yeni çat aşkar ediblər.

Güclü yeraltı təkanlar xüsusən Atlantik okeanının mərkəzi və şimal-şərq sahillərində proqnozlaşdırılır. Dağıntı Nyu-York, Boston və Vaşinqtona təsir edə bilər. Alimlər Kaliforniyada dağıdıcı zəlzələlərin baş vermə ehtimalının yüksək olduğunu bildiriblər.

Materialda, həmçinin bildirilir ki, son 200 il ərzində ABŞ-ın 37 ştatında maqnitudası beş baldan çox olan zəlzələlər baş verib ki, bu da bütün ölkə ərazisində seysmik aktivliyi təsdiqləyir.Modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*