Delimxanov tələbələri HƏDƏLƏDİ: “Hamıdan Rusiya və Putini təhqir etdiyinə görə hesab soracağıq” – VİDEObackend

Delimxanov tələbələri HƏDƏLƏDİ: "Hamıdan Rusiya və Putini təhqir etdiyinə görə hesab soracağıq" - VİDEO

“Bütün universitetlərin tələbələrindən, Moskva Dövlət Universitetindən, MDBMİ-dən, hamıdan Rusiyanı təhqir etmələrinə görə hesab soracağıq”.

KONKRET.az xəbər verir ki, bunu Rusiya Qəhrəmanı, Dövlət Dumasının deputatı Adam Delimxanov deyib. O, video müraciət vasitəsilə “ölkəni ləkələyən və ya təhqir edən” Rusiya universitetlərinin tələbələrini hədələyib.

“Bizim Ramzan Axmatoviçin göstərişi var ki, hər bir regionda öz nümayəndələrimizlə monitorinq aparaq. Oradakı xidmətlər öhdəsindən gələ bilmirsə, biz bunun öhdəsindən gələ bilərik.

Biz isə ölkəmizi, himnimizi, Konstitusiyamızı, prezidentimizi təhqir edən, ləkələyən hər kəsi məsuliyyətə cəlb edəcəyik. Buna görə hamınız cavab verəcəksiniz”, – Delimxanov deyib.

Daha ətraflı videoda:

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*