Dəlisov Trampdan huşsuz Baydenə keçid ABŞ siyasətində nələri hədəfləyib? – TƏHLİLbackend

Dəlisov Trampdan huşsuz Baydenə keçid ABŞ siyasətində nələri hədəfləyib? - TƏHLİL

Dünyada vahid supergüc olan ABŞ təkcə siyasi və iqtisadi layihələri ilə deyil, “unikal” idarəetmə sistemi ilə də dünyanı təəccübləndirməkdə davam edir. Son illərdə Ağ Evdəkilər dünyaya daha fərqli idarəetmə modeli təqdim edir.

Belə olmasaydı, dəlisov Donald Trampdan sonra 82 yaşlı qocanı zorən yenidən prezident seçdirmək istəməzdilər. Əslinə baxsan, qoca Cozef də bu iddiada deyil. Amma onu buna zorlayırlar. Təsədüfi deyil ki, 2021-ci ildə o etiraf etmişdi ki, bu vəzifəyə mərhum oğlu seçilməliydi: “Amma o dünyasını dəyişdiyinə görə mən prezident oldum”

Байден: «Мы не можем позволить, чтобы террористы, как ХАМАС, и тираны, как  Путин, победили» – Газета.uz

Onun sözündən belə aydın olur ki, 2016-cı ildə demokratların prezidentliyə namizədi oğul- Bo Bayden olmalı imiş. Lakin 2015-ci ildə 46 yaşlı Bonun qəfil ölümü planları pozur və 2020-ci ildə ata Bayden məcburən prezidentliyə namizəd olur. Baxmayaraq ki, o zaman Cozefin 78 yaşı vardı. Özünü normal idarə edə bilmirdi. Lakin demokratlar onu cərrahiyyə masasına çıxararaq möcüzə yaratmaq istədilər. Amma aparılan çoxsaylı cərrahi əməliyyatlar Baydenin bəzi sifət cizgilərini dəyişsə də, qocalan orqanlarını yeniləyə bilmədi. Nəticədə zahirən bir qədər cavanlaşan, lakin ruhən və fiziki cəhətdən tükənmiş Co Bayden ABŞ kimi fövqəldövlətin başına gətirildi.

Ötən 4 ildə Co Bayden heç bir siyasi uğuru, qətiyyətli addımları ilə yadda qalmadı. O daha çox yaddaşlarda düşdüyü gülünc situasiyalarla qaldı.

ABŞ prezidentinin özünü gülüş obyektinə çevirdiyi bəzi məqamları bir daha xatırlatmaq istəyirik.

2022-ci ildə ABŞ Prezidenti Cozef Bayden Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) sammiti başlamazdan əvvəl çıxış edərək təşkilata sədrlik edən Kambocanı Kolumbiya ilə səhv saldı. Kambocanın Baş naziri Hun Senə müraciətində Bayden deyib:

“Mən Kolumbiyanın Baş nazirinə ASEAN-ın sədri kimi rəhbərlik etdiyinə və hamımızı dəvət etdiyinə görə təşəkkür etmək istəyirəm”.

Bu, Baydenin ilk və son səhvi deyildi. Bundan əvvəl Bayden Ağ Evdə çıxış edərkən avtomobil qəzasında həlak olan ABŞ konqresmeni Ceki Valorskini axtarmağa başlamışdı.

Байден пошутил про проверку врачами наличия у него мозга — РБК

Bir dəfə isə o demişdi ki, Putin Rusiyanı işğal etdi. Əslində isə “Putin Ukraynanı işğal etdi” demək istəmişdi.

Bayden nədənsə Ukrayna ilə bağlı bütün çıxışlarında çaşırdı. O bir dəfə Konqress qarşısında çıxış edərkən çaşaraq ukraynalıları iranlı adlandırıb:

“Putin Kiyevi tanklarla mühasirəyə ala bilər, lakin o, heç vaxt iranlıların qəlb və ürəklərini əldə edə bilməyəcək“.

Çıxışlarının birində isə Bayden Kamala Harrisi ABŞ-ın prezidenti adlandırıb. Qoca Bayden dəfələrlə çıxış nitqini səhv salıb. Bəzi hallarda isə eyni mətni dəfələrlə oxuyub. Belə bir hadisə Baydenin dövlət başçısı seçilməsi kampaniyasının sponsorları ilə keçirilən tədbirdə də baş verib. Belə ki, Bayden çıxışı zamanı prezident olmağa necə qərar verməsindən danışıb. Bir neçə dəqiqədən sonra Bayden söhbətə qayıdıb və danışdıqlarını yenidən təkrar edib.

Nəzərə alaq ki, ABŞ prezidenti əksər çıxışlarında sufluyordan istifadə edir. Bununla belə, o, yenə hər şeyi qarışdırırdı. Məsələn, Co Bayden Ağ Evdə çıxışı zamanı suflyordan ona verilən ipuclarını qarışıq salıb. Bayden onun üçün ipucu kimi verilən və mətnin bitdiyini ifadə edən “Sitatın sonu” ifadəsini də yüksək səslə oxuyub.

O, çıxışı zamanı 2030-cu ilə qədər ölkədə yüksəksürətli internet şəbəkələrinin inkişafı təşəbbüslərindən və amerikalıların onun planına müsbət reaksiyasından danışıb.

“Bu, 1930-cu və 40-cı illərdə kəndlərin elektrikləşdirilməsi haqda qanunun təsərrüfat obyektlərini enerji ilə təmin etməsindən bu yana Amerikanın kəndlərində baş verən ən yaxşı haldır. Sitatın sonu”, – deyə Bayden suflyorda ona verilən mətni oxuyub.

Yıxılan Bayden idi, yoxsa ABŞ? – Ermənistanın “top” kimi rəhbəri var, amma  nə olsun...

Daha bir maraqlı hadisə isə 2024-cü ilin yanvarında Cənubi Karolinada yaşanıb. O çıxışı zamanı Ağ Evin sabiq rəhbəri Donald Trampı ölkənin hazırkı prezidenti adlandırıb.

ABŞ prezidenti NATO-nun Vaşinqtonda keçirilən son sammitində isə Ukrayna prezidenti Vladimir Zelenskini “prezident Putin” adlandırıb: “İndi isə sözü Ukrayna prezidenti Vladimir Putinə vermək istəyirəm”.

Hələ bu harasıdır? Bayden dəfələrlə yeriyərkən, pilləkənləri qalxarkən yıxılıb.

Maraqlıdır, bəs amerikalılar belə bir şəxsi zorla siyasət səhnəsində saxlamaqla nə etmək istəyirlər?

Dəlisov Trampdan sonra huşsuz Baydeni prezidentlik kürsüsünə əyləşdirən ABŞ-nin dərin dövləti bu məsələdə xüsusi maraq güdür. Bununla dünyaya bu cür adamların da prezident ola biləcəyi mesajını verir. Çünki belə huşsuzları Vaşinqton çox rahatlıqla idarə edir. Bax, məsələnin əsl mahiyyəti budur.

Natiq Səlim

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*