Demokratların hakimiyyəti nə ilə yadda qalıb? – RƏYbackend

Demokratların hakimiyyəti nə ilə yadda qaldı? - RƏY

Məlum olduğu kimi, ABŞ-də prezident seçkiləri keçirildi və Respublikaçılar Partiyasının namizədi Donald Tramp yenidən dövlət başçısı oldu. Onun andiçmə mərasimi 2025-ci il yanvarın 20-də Kapitoliyada keçiriləcək və bununla da Demokratlar hakimiyyəti Respublikaçılara ötürəcək.

Maraqlıdır, Bayden Administrasiyası geridə qalan müddətdə Azərbaycana və dünyaya münasibətdə nə ilə yadda qaldı?

Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Tural İsmayılov bildirib ki, demokratların hakimiyyət dövrü dünya üçün yaxşı situasiyalarla yadda qalmayıb:

“Onlar dünyaya ancaq xaos, dağıdıcılıq və qəbuledilməz siyasi vəziyyətlər bəxş ediblər. Uğursuz hakimiyyətləri dövründə ABŞ-nin xarici siyasətində eksponensial xətt güclü olub. Bu baxımdan demokratların hakimiyyəti bütövlükdə Azərbaycan üçün yox, həm də qlobal konteksdə ciddi problemlərə gətirib çıxardı. ABŞ bizim bölgəyə dar çərçivədən baxıb. Rəsmi Vaşinqtonun bəzi senatorları və konqresmenləri özlərini elə aparıblar ki, sanki biz Ermənistanın ərazilərini işğal etmişik”.

Ekspert vurğulayıb ki, belə ədalətsiz münasibət sonda iki ölkə arasındakı münasibətlərin zədələnməsinə səbəb olub:

“Lakin bağlar tam qırılmayıb. Belə ki, onların etdiyi səhvlərdə yaranan soyuq münasibətlərə baxmayaraq, bir çox xətt üzrə əməkdaşlığımız davam edib. Ən azı ölkəmizin Əfqanıstandakı sülh missiyasını buna nümunə göstərmək olar. Həmçinin ikitərəfli əməkdaşlıqlar da bu qəbildəndir. Bundan başqa, Demokratların hakimiyyəti ABŞ ilə Türk dünyası arasında da ciddi çatların əmələ gəlməsi ilə xarakterizə oluna bilər”.

Məlik Məlikov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*