“Dənizçilik” informasiya sistemi yaradılacaqbackend

“Dənizçilik” informasiya sistemi yaradılacaq

Azərbaycanda “Dənizçilik” informasiya sistemi yaradılacaq.

KONKRET.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin olunması üçün Azərbaycan Respublikasının ərazi sularında olan gəmilər barədə məlumatların toplanması, gəmilərin naviqasiya məlumatları ilə təmin edilməsi, dəniz limanlarına və dəniz əməliyyatları bazalarına gəmilərin girişinə və çıxışına icazə verilməsi, habelə bununla bağlı sənədlərin elektron tərtibi və qeydiyyatı, dəniz limanlarının, dəniz əməliyyatları bazalarının, gəmilərin (inşa edilməkdə olan gəmilər daxil olmaqla), bunker yanacağı təchizatçılarının reyestrinin aparılması məqsədilə “Dənizçilik” informasiya sistemi yaradılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*