Deputat Hacıbala Abutalıbovun villalarının fotolarını paylaşdıbackend

Deputat Hacıbala Abutalıbovun villalarının fotolarını paylaşdı

“Milli Məclisin dünənki plenar iclasında seçicilərimin Suraxanı rayonunun ərazisinin 4 nəfər tərəfindən zəbt olunması barədə etdikləri kollektiv müraciətləri əsasında bu haqda çıxış etdim. Bunlardan biri də 5 il bu rayonunun icra başçısı işləmiş Hacıbala Abutalıbovdur. Özünü mütrüf kimi göstərən bu şəxsin illərlə bağlı qalan 2-cə villasına diqqət edin. Bunlardan biri Qaraçuxur qəsəbəsinin Rafiq Alıcanov küçəsində, digəri Şərq yaşayış massivində yerləşir. Görün nə qədər ərazini zəbt edib…”

KONKRET.az-ın xəbərinə görə, bunu deputat Etibar Əliyev bildirib.

“Seçildiyim Qaraçuxur və Yeni Günəşlidə uşaq bağçası, eyni zamanda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün internat evinə ciddi ehtiyac var. Körpə balaları qarlı- yağışlı günlərdə başqa ərazilərdəki baxçalara və internatlara aparırlar. Hacıbala müəllimin vicdanı olsa qapısını açmadığı ona məxsus bu əzəmətli villaları uşaqların ixtiyarına versə, Allaha da xoş gedər. Əks təqdirdə hökumətin bu işə qarışması vacibdir. Çünki adını çəkdiyim digər 3 şəxs və Hacıbala Abutalıbov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Suraxanı rayonundakı hektarlarla ərazini qanunsuz zəbt ediblər. Bu, mənə edilən müraciətlərdə yalnız 2 villadır”, – E.Əliyev qeyd edib.

 Fotoları təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*