“Mənim anam 14 uşaq dünyaya gətirmişdi. O qədər cavan qalmışdı ki, Bakıya gələndə elə bilirdilər, bacımdır”.
KONKRET.az xəbər verir ki, bunu Baku TV-də yayımlanan “Qapqara” verilişində Milli məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı deyib.
O, müasir cəmiyyətdə bəzi qadınların övladlarını düzgün böyütmək məsuliyyətinin az olmasından gileylənib:
“Uşağı əməliyyatla dünyaya gətirirlər, ona öz südlərini vermirlər. Övladlarına layla oxumurlar, imkanı olanlar dayə tuturlar, mane olmasın deyə uşağa telefon verib başını qatırlar. Bunun nəyi analıqdır?!”.
Ətraflı süjetdə: