Deputatdan nazir müavininə sərt sözlər: “10 milyon vətəndaşımızla məzələnir”backend

Deputatdan nazir müavininə sərt sözlər: “10 milyon vətəndaşımızla məzələnir”

Milli Məclisin deputatı Fazil Mustafa Səhiyyə nazirinin müavini Rasim İsmayılova cavab verib. 

KONKRET.az xəbər verir ki, nazir müavininin bugünkü açıqlaması millət vəkilini qıcıqlandırdığı üçün o, R.İsmayılova özünəməxsus formada etiraz edib.

Fazil Mustafa sosial şəbəkə hesabında belə yazıb: 

“Dərman qiymətlərinin fırıldağı ilə bağlı məsələni bir neçə dəfə Milli Məclisdə gündəmə gətirmişəm. Hətta şüar da təklif etmişəm: Biz qardaş Türkiyə ilə “Bir millət, bir dərman, iki dövlət” olmalıyıq. İndi bu mövzuda Səhiyyə nazirinin müavininin açıqlamasını həm də şəxsimə cavab olaraq görürəm. Doğrudanmı belə cavab verib? Doğrusu, inanmağım gəlmədi. Ancaq inanın ki, çox sevdiyim Molla Nəsrəddinin lətifələrinə bu qədər gülməmişdim. Görün, necə baməzə, 10 milyon vətəndaşımızla məzələnən bir cavab verilib:

“Bir çox hallarda Azərbaycandakı dərman qiymətlərini Türkiyə ilə müqayisə edirlər. Amma baxsaq görərik ki, orada dərman vasitələrinin əksəriyyəti daxili istehsaldır. Necə ki bizdə təbii qaz, dizel Türkiyədən ucuzdur, eləcə də dərman vasitələrinin orada daha ucuz olması təbii qəbul olunmalıdır. Bu məntiqlə, Türkiyə vətəndaşı deyə bilər ki, Azərbaycanda qazın qiyməti aşağıdır, bizdə niyə yox?!”

Deputat daha sonra bunları qeyd edib:

“Bu məntiqlə gərək bizdə təyyarələrin uçuş qiyməti də Gürcüstandan qat-qat ucuz ola! Onlarda da neft yoxdur”.

  • RASİM
    İyul 4, 2023 - 18:41

    Azərbaycandakı minimum əmək haqqı ilə Türkiyədəki minimum əmək haqqını da müqayisə edin zəhmət olmasa.

    • Anonim
      İyul 5, 2023 - 20:31

      Turkiyede ne emek haqqi var ki? Her seyde baha yasamaq cetin ?

  • Ədalət
    İyul 4, 2023 - 21:48

    Siz çıxış yolu axtarmağa çalışmısınızmı ki,mən necə edim ki, mənim vətəndaşım DƏRMANI (!!!!) bu vətəndə də oradakı kimi münasib qiymıtə ala bilsin,yoxsa bu sizin əhaliyə son sözünüzdür,cənab nazir müavini…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*