Deputatdan şəhid ailələrinə DƏSTƏK: “Haqlı tələbləri yerinə yetirilməlidir” – VİDEObackend

Deputatdan şəhid ailələrinə DƏSTƏK: “Haqlı tələbləri yerinə yetirilməlidir” - VİDEO

Cəmiyyətdə Qaradağda şəhid məzarlarının su altında qalmasına qarşı etirazların ardı-arası kəsilmir. Hər kəs şəhid ailələrinin istəklərinə baxılmasını tələb edir. Şəhadətə ucalan 17 oğulun layiq olduğu yerdə dəfn olunmasını istəyir.
KONKRET.az xəbər verir ki, millət vəkili Elman Məmmədov da məlum durumla bağlı qəzəbini “Sherg.az”a açıq ifadə edib. Milli Məclisin üzvü şəhidlərimizin ən yüksək hörmətə, diqqətə layiq olduğunu düşünür:
“Onların ruhlarının rahat olması üçün gərək ailələrinin istəklərini diqqətdə saxlayaq. Bəlkə də, o yer seçiləndə subasma olacağını bilməyiblər. Lakin təcili tədbir görülməlidir. Ailələrinin haqlı tələbləri yerinə yetirilməlidir. Şəhidlərimizin sayəsində qalib xalq, qalib dövlət kimi başmızı dik tutub, qürurla, sevinclə yaşayırıq. Torpaqlarımızı şəhadətə ucalan oğullarımız işğaldan azad ediblər, canlarını qurban veriblər. Şəhid məzarlarına, ailələrinə qarşı laqeydlik göstərmək olmaz”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*