Yanvarın 26-da Gürcüstan parlamentində “Gürcü arzusu” partiyasının parlament fraksiyasının əməkdaşı Arçil Qorduladze ilə parlament sədrinin müşaviri Albert Boqveradze arasında dava düşüb.
KONKRET.az xəbər verir ki, əlbəyaxa davanın videosunu Pirveli telekanalı yayıb.
Yeməkxanada başlayan dava daha sonra dəhlizdə davam edib. Dəhlizdən çəkilmiş kadrlarda Qorduladze ilə Boqveradzenin təhlükəsizlik işçiləri tərəfindən necə ayrıldığı görünür. Onların dəqiq nə üstündə dava etdiyi bildirilmir.
