backend

Deputatlar arasında koronavirusa yoluxan varmı? - Nəticə AÇIQLANDI

Milli Məclisin (MM) deputatlarının, MM Aparatının və İşlər müdirinin xidmətinin işçilərinin növbəti koronavirus testinin nəticəsi açıqlanıb.

KONKRET.az-ın məlumatəna görə MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən report-a bildirilib ki, indiyə qədər, o cümlədən sonuncu dəfə aparılan bütün koronavirus testinin nəticələri neqativ çıxıb.

Məlumatda bildirilib ki, indiyədək Milli Məclisin deputatlarının, Milli Məclis Aparatının və İşlər müdirinin xidmətinin işçilərində koronavirus aşkarlanmayıb.

Qeyd edək ki, koronavirus təhlükəsinə görə parlamentin girişində termovizor qurğusu quraşdırılıb. Həmin qurğu vasitəsilə Milli Məclisə daxil olan bütün şəxslərin hərarəti yoxlanılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*