DHL Rusiya daxilində malların çatdırılmasını DAYANDIRIRbackend

DHL Rusiya daxilində malların çatdırılmasını DAYANDIRIR

Sentyabrın 1-dən qlobal logistika nəhəngi DHL Rusiya üzrə malların çatdırılmasını dayandıracaq.

KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilir ki, buna səbəb şirkətin İT sistemlərində texniki problemlərin, əməliyyat çətinlikləri və hüquqi məhdudiyyətlərin yaranmasıdır.

Qeyd edək ki, “Deutsche Post DHL Group”un bir hissəsi olan DHL martın əvvəlində Rusiyaya mal göndərişini dayandırıb. Şirkət malların və sənədlərin təcili çatdırılması üzrə 220 ölkədə fəaliyyət göstərir.

Bundan əvvəl Amerika texnologiya nəhəngi “IBM” və Fransanın “Thales” şirkəti Rusiyada fəaliyyətini dayandırıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*