Dövlət İmtahan Mərkəzi (DİM) qabiliyyət imtahanlarında iştirak etmək istəyən konsertmeysterlərə müraciət edib.
DİM-dən KONKRET.az-a verilən məlumata görə, musiqi sənəti üzrə xüsusi qabiliyyət imtahanlarında fərdi konsertmeyster kimi iştirak edən musiqiçilər iyunun 23-dən etibarən https://eservices.dim.gov.az/wpfqab/ linki vasitəsilə qeydiyyatdan keçib, konsertmeysterin buraxılış vərəqəsini çap edib götürərək imtahan binasına gəlməlidirlər. Bir konsertmeyster bir növbə ərzində ən çoxu üç abituriyenti müşayiət edə bilər. Konsertmeysterlər ali təhsil müəssisələrinin və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən aşağıdakı ixtisasları üzrə keçirilən imtahanlarda iştirak etmək üçün qeydiyyatdan keçməlidirlər.
İxtisaslar | Komissiya kodu |
İnstrumental ifaçılıq (alətlər üzrə) | 20,21,22,23,31 |
Vokal sənəti (sahələr üzrə) | 24, 25, 28 |
Populyar musiqi və caz ifaçılığı (sahələr üzrə) | 26, 36 |
Dirijorluq (sahələr üzrə) | 27 |
Bəstəkarlıq | 29 |
Musiqi müəllimliyi | 32 |
İnstrumental ifaçılıq (alətlər üzrə) | 4302, 4402 |
Vokal sənəti (sahələr üzrə) | 4701, 4702, 4501, 4502 |
İnstrumental ifaçılıq (alətlər üzrə) | 220, 221, 222, 230 |
Vokal sənəti (sahələr üzrə) | 223, 224 |
Aşıq sənəti | 4102 |
Aşıq sənəti | 227 |